
Bakı. Trend:
Times Higher Education (THE)
Dünya Universitetləri Reytinqi 2026 açıqlandı!
Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti
dünya səviyyəli univetsitet olmalıdır!” tapşırığının icrası
istiqamətində UNEC yeni uğura imza atdı.
THE dünya universitetlər reytinqinə bu il ilk dəfə daxil olan
UNEC Azərbaycanda birinci,
Cənubi Qafqazda birinci, dünyada isə 801-1000-ci yerə yüksəldi.
UNEC dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan
yeganə Azərbaycan universitetidir. Tədqiqat keyfiyyətinə görə isə
UNEC dünyada 481-cidir!

