Bakı.Trend:
Xaçmazda qadın yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Trend
xəbər verir ki, hadisə oktyabrın 8-i saat 23 radələrində baş
verib.
Belə ki, Mehriban Qafarlı yaşadığı Xaçmaz rayonu, Qıraqlı
kəndində yerləşən fərdi yaşayış evinin hamam otağında dəm qazından
zəhərlənərək həyatını itirib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma
aparılır.

