Fələstin tərəfdarı tələbələr Vyana universitetinə girişi bağladı

Baş səhifə

Avstriyada Fələstin tərəfdarı tələbələr Vyana universitetinə girişi bağlayıblar.

Metbuat.az xəbər verir ki, 100 tələbə İsrailə etiraz edib. Universitetin girişini bağlayan tələbələr “Azad Fələstin”, “Qəzza üçün hər şeyi bloklayın” kimi şüarlar səsləndiriblər. Fələstin tərəfdarı olan tələbələr “Vyana Universiteti İsrail ordusunu maliyyələşdirir. İbrani Qüds universiteti ilə tərəfdaşlığa son verin” və “Vyana universiteti soyqırımda şərikdir” yazılı plakatlar qaldırıblar. Etirazçılar Vyana universitetini İsraili dəstəkləməyi dayandırmağa və Qüds İbrani universiteti ilə ortaqlığa son qoymağa çağırıblar.

Aksiya keçirilən əraziyə 100-ə yaxın polis cəlb edilib. 27 tələbə saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.