İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb

Baş səhifə
İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb

İranda casusluqda ittiham olunan Fransa-Almaniya vətəndaşı sərbəst buraxılıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “X” səhifəsində yazıb.

Nazir 19 yaşlı Fransa-Almaniya vətəndaşı Lennart Monterlos İranda saxlanıldıqdan sonra vətənə qayıtdığını açıqlayıb.

Məlumata görə, o, Avropadan velosipedlə səyahət edirmiş. Lennart Monterlos İsraillə gərginliyin artdığı bir dövrdə ölkənin cənubundakı Bəndər-Abbasda həbs olunub.

Nazirin sözlərinə görə, Fransa İrandan Sesil Koler və Jak Parinin də azadlığa buraxılmasını tələb edir. Onlar bu ilin yayında İsrailə casusluq etmək ittihamı ilə həbs olunublar.