Milli Məclisin plenar iclasının gündəliyi dəyişib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin oktyabrın 10-da keçiriləcək plenar iclasının
gündəliyi dəyişib.

Trend-in
məlumatında görə, iclasının gündəliyinə təklif olunan məsələlərin
sayı 14-dən 13-ə düşüb.




Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi Daxili
Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi siyahıdan çıxarılıb.