
Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri “Türk Həftəsi”nin keçirilməsi üçün koordinasiyanın təmin edilməsi ilə bağlı çağırışlar ediblər.
“Report” xəbər verir ki, bu barədə Qəbələ Bəyannaməsində məlumat əks olunub.
Belə ki, Bəyannamədə 2026-cı ilin yanvar ayında Vyanada keçirilməsi planlaşdırılan və Türk dünyasının beynəlxalq səviyyədə tanınması üçün daha çox töhfə verəcək “Türk Həftəsi”nin təşkilində TDT üzv dövlətləri və müşahidəçiləri ilə Türk Əməkdaşlıq Təşkilatları arasında səmərəli koordinasiyanın təmin olunması çağırışı edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

