Universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir – Fariz İsmayılzadə

Baş səhifə

Bakı. Trend:

Universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı
faydalı nəticələr verir.

Trend xəbər
verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin
deputatı Fariz İsmayılzadə “Azərbaycan Jest Dili Tətbiqi”
layihəsinin təqdimatında bildirib.

O qeyd edib ki, təqdim olunan məhsul universitetin İT
fakültəsinin mühəndisləri və təqdimat komandası tərəfindən
hazırlanıb:




““Azərbaycan Jest Dili Tətbiqi” bizim universitetin
mütəxəssisləri tərəfindən hazırlanıb. Hesab edirik ki, bu alət
cəmiyyət üçün olduqca faydalı olacaq və geniş istifadə imkanlarına
malikdir”.

Deputatın sözlərinə görə, layihə yalnız universitet tərəfindən
deyil, eyni zamanda bir sıra özəl sektor nümayəndələrinin maliyyə
və logistik dəstəyi ilə həyata keçirilib.

“Bu fakt bir daha təsdiqləyir ki, universitet–özəl sektor
əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir.
Gələcəkdə bu tərəfdaşlıq formatında daha çox layihənin
reallaşdırılacağına inanırıq”, – deyə Fariz İsmayılzadə əlavə
edib.