Fransa parlamentinin buraxılması təxirə düşüb

Baş səhifə

Fransa parlamentinin buraxılması ehtimalı azalıb.

APA xəbər verir ki, bunu Fransa Baş nazirinin müvəqqəti vəzifəsini icra edən Sebastyen Lekornu bu gün bəyan edib.

O, müxtəlif siyasi partiyalarla apardığı müzakirələrdən sonra, 2025-ci ilin sonuna qədər milli büdcənin qəbul olunması üçün ümumi iradənin mövcud olduğunu qeyd edib.

“The Guardian”ın yazdığına görə Lekornun bu açıqlaması, Fransa siyasətindəki gərginliyi azaltmağa yönələn bir addım kimi qiymətləndirilir. Bununla belə, siyasi müxalifət hələ də parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edir.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Macron, 2027-ci ilə qədər istefa etməyi planlaşdırmadığını bildirmişdir, lakin Lekornunun səyləri uğursuz olarsa, parlamentin yenidən buraxıla biləcəyi qeyd olunur.