Amerikanın Enerji İnformasiya İdarəsi 2025-2026-cı illərdə Azərbaycanda neft hasilatından bəhs edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozlarına
görə 2026-cı ildə Azərbaycanda neft hasilatı orta hesabla günlük
0,54 milyon barrel təşkil edəcək.

Trend xəbər verir
ki, EIA ölkədə xam neft hasilatının həcminə dair proqnozunu əvvəlki
hesabatla müqayisədə dəyişməz saxlayıb.

Gözlənilir ki, 2026-cı ilin birinci rübündə hasilat gündəlik
0,55 milyon barel səviyyəsində olacaq, ikinci rübdə 0,54 milyon
barelə, üçüncü və dördüncü rüblərdə isə 0,53 milyon barelə qədər
azalacaq.




2025-ci ilə gəldikdə isə, EIA əvvəlki proqnozunu da dəyişməyib
və sutkalıq orta hasilatın 0,57 milyon barel səviyyəsində
qalacağını gözləyir. Proqnoza əsasən, ilin birinci yarısında bu
göstərici sutkada 0,57 milyon barel olaraq qalacaq, ikinci
yarısında isə 0,56 milyon barelə enəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda kondensat da
daxil olmaqla 18,39 milyon ton xam neft hasil edilib ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır. Ticarət
neftinin hasilatı da 4,7 faiz azalaraq 18,35 milyon ton təşkil
edib.