
Bakı. Trend:
Tayvan və ABŞ-nin adanın müdafiə qurumunun “MH-60R Seahawk”
sualtı qayıq əleyhinə helikopterləri alması ilə bağlı üç il əvvəl
dayandırılmış danışıqları bərpa edəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “Taipei Times” qəzeti adı
açıqlanmayan hökumət rəsmisinə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ Taypeyin bu təyyarələri alması ilə bağlı “danışıqları bərpa etməyə hazır olduğunu bildirib”. Adanın
hərbçiləri bu helikopterlərdən 13 və ya daha çoxunu əldə etmək
istəyirlər. Mənbə bildirib ki, onların dəqiq sayı Vaşinqtonla
danışıqlardan sonra müəyyən ediləcək.
Qeyd edək ki, “MH-60R” helikopteri ABŞ Hərbi Dəniz Qüvvələrinin
əsas sualtı döyüş helikopterlərindən biridir və onun Asiya-Sakit
okean regionunda da yüksək tələbat var.


