Almaniyada kimya zavodunda baş verən qəzada 4 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın cənubundakı Bavariya vilayətinin Maynaşaff şəhərində
Schnar Oberfl chentechnik şirkətinə məxsus qalvanik zavodunda baş
verən qəza nəticəsində azı 4 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə “Main-Echo” portalı xəbər
verib.




Məlumata əsasən, azot turşusu vannasına metal hissə atıldıqdan
sonra kimyəvi reaksiya nəticəsində sarımtıl rəngli bulud əmələ
gəlib. Əvvəlcə onun zəhərli ola biləcəyi ehtimal edilirdi.
Yaxınlıqdakı Aşaffenburq şəhərinin sakinlərinə evdə qalmaq, pəncərə
və qapıları bağlı saxlamaq və küçələri tərk etmək tövsiyə olunub.
Hazırda bu məhdudiyyətlər aradan qaldırılıb.

Qəza nəticəsində azı 4 nəfər xəsarət alıb. Daha əvvəl iki
nəfərin yaralandığı bildirilirdi.