Ağ Evdə Donald Trampla Kanadanın Baş naziri arasında görüş keçirilir

Baş səhifə

Bakı. Trend:

Ağ Evdə Kanadanın Baş naziri Mark Karninin ABŞ Prezidenti Donald
Trampla görüşü keçirilir.

Trend xəbər
verir ki, ABŞ Prezidenti qonşu ölkənin liderini Ağ evin qarşısında
salamlayıb.

Görüş iki ölkə arasında ticarət məsələsi və Donald Trampın
Kanadanı 51-ci ştat adlandırması ilə bağlı gərginlik fonunda
keçirilir.

Bu, Mark Karninin Kanada Baş naziri kimi Ağ evə ikinci
səfərdir.