
Qəbələ. Trend:
Qarşılıqlı razılıq əsasında mümkün qədər tez bir zamanda
türkdilli dövlətlər arasında “Strateji tərəfdaşlıq, əbədi dostluq
və qardaşlıq haqqında Razılaşma”nın qəbul olunmasını təklif
edirik.
Trend xəbər verir
ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının
12-ci Zirvə Görüşündə bildirib.
“Şübhəsiz ki, bu mühüm sənəd qardaş xalqlarımızın daha da
yaxınlaşması və praktiki əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə
çıxarılması üçün möhkəm zəmin yaradacaq əsas siyasi akt olacaq”, –
deyə Özbəkistan Prezidenti vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, çoxşaxəli qarşılıqlı
əlaqələrin daha da genişləndirilməsi və sürətləndirilməsi məqsədilə
Özbəkistan Türk Dövlətləri Təşkilatı üçün 2030-cu ilə qədər İnkişaf
Strategiyasının, eləcə də onun həyata keçirilməsi üzrə yol
xəritəsinin hazırlanmasını təklif edir.


