Qəzza müzakirələri başlayıb – Misir KİV

Baş səhifə

Bakı. Trend:

İsrail və HƏMAS nümayəndə heyətləri Misirin Şarm əl-Şeyx
şəhərində Qəzza müharibəsinə son qoymaq məqsədilə dolayı
danışıqlara başlayıblar.

Trend bu barədə
Misir KİV-nə istinadən xəbər verir.

Məlumata görə, tərəflər əsir və məhbusların azad olunması üçün
şəraitin hazırlanmasını müzakirə edirlər. Danışıqlar ABŞ Prezidenti
Donald Trampın atəşkəs planı əsasında aparılır.

Misir və Qətər vasitəçiləri Qəzzada saxlanılan israilli
girovların İsraildəki fələstinli məhbuslarla mübadiləsi üçün
mexanizm üzərində işləyirlər.

Danışıqlar bir neçə gün davam edə biər.

Qeyd edək ki, Trampın planına əsasən:




HƏMAS silahsızlaşdırılacaq;

İsrail ordusu Qəzzadan tamamilə çıxacaq;

Əvəzində 47 israilli girov azad ediləcək;

İsrail isə 250 ömürlük məhbus və 1700-dən çox fələstinlini azad
edəcək.

HƏMAS bildirib ki, İsrail bombardmanı və hücumları tam
dayandırarsa hərbi əməliyyatları dayandırmağa hazırdır. İsrail
ordusu isə xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, döyüşlər
yenidən başlayacaq.