Venesuela ABŞ-dəki səfirliyinə qarşı terrorun gözlənildiyi barədə xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

Terrorçular Amerika Birləşmiş Ştatlarının Venesueladakı
səfirliyində partlayış törətməyi planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Latın Amerikası ölkəsinin hökuməti artıq mümkün terror aktı
barədə Vaşinqtonu məlumatlandırıb. Ölkənin Milli Assambleyasının
sədri Xorxe Rodriqesin sözlərinə görə, qatı sağçı ekstrimistlər
“özgə bayraq altında” təxribat törətməyə hazırlaşır. O, potensial
hücumla bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, ABŞ-nin region sularına narkokartellərlə mübarizə
üçün hərbi kontingent göndərməsindən sonra Vaşinqtonla Karakas
arasında münasibətlər tarıma çəkilib.