
Bakı. Trend:
SOCAR-ın Türkiyədə idarə etdiyi “STAR” neft emalı zavodunda
2025-ci ilin iyul ayında aviasiya yanacağının istehsalı 165 654
tona çatıb ki, bu da ötən ilin eyni ayında istehsal olunmuş 132 312
tonla müqayisədə 25,2 faiz çoxdur.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi
məlumat yayıb.
2025-ci ilin iyul ayında zavod 955 975 ton xam neft idxal edib
ki, bu 2024-cü ildəki 686 462 ton göstərici ilə müqayisədə 39,3
faiz çoxdur.
İstehsal həcminə, həmçinin 556 181 ton dizel yanacağı, 26 617
ton mayeləşdirilmiş neft qazı (LPG), 134 892 ton nafta, 54 667 ton
neft koksu, 22 037 ton yüksək kükürdlü dizel və digər neft
məhsulları daxildir.
2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu
neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və
Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya
layihəsi hesab olunur.
2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu
neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və
Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya
layihəsi hesab olunur.
2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft
emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı,
nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft
məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim”
neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam
şəkildə təmin edir.


