Rusiyanın qızlardan ibarət voleybol millisi III MDB Oyunlarının qalibi olub

Baş səhifə
Rusiyanın qızlardan ibarət voleybol millisi III MDB Oyunlarının qalibi olub

Rusiyanın voleybol üzrə qızlardan ibarət U-15 millisi III MDB Oyunlarının qalibi olub.

“Report”un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma final matçında Belarusu 3:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən üçüncü yer uğrunda görüşdə Azərbaycan Özbəkistan üzərində 3:1 hesablı qələbə qazanıb.