ADA Universitetində Azərbaycan Şəhərsalma Kampaniyası təqdim olunub (ФОТО)

Baş səhifə

Bakı. Trend:

ADA Universitetində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində “Azərbaycan Şəhərsalma Kampaniyası”nın təqdimatı baş
tutub.

Trend xəbər verir ki, BMT-nin
Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata
keçirilirən kampaniya şəhərsalma, məskunlaşma, dayanıqlı inkişaf və
iqlim dəyişikliyi ilə mübarizə kimi aktual istiqamətləri əhatə
edir.




Kampaniya çərçivəsində tərəfdaşlar tərəfindən forumlar, panel
müzakirələr, akademik araşdırmalar, düşərgələr, festivallar,
sərgilər, idman və ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Bu
təşəbbüslər əhali arasında dayanıqlı və inklüziv şəhərsalma
həllərinin təşviqinə, eləcə də yerli və beynəlxalq tərəfdaşlıqların
möhkəmləndirilməsinə xidmət edəcək.

BMT-nin Məskunlaşma Proqramı yerli qurumları, özəl sektoru,
vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarını, gəncləri,
akademik çevrələri və media nümayəndələrini Kampaniyaya qoşulmağa,
eləcə də hər kəs üçün təhlükəsiz və dayanıqlı şəhərlər məqsədinə
töhfə verməyə dəvət edir.