Bakıda usta çalışdığı zavodun dam örtüyündən yıxılaraq həyatını itirb

Baş səhifə

Bakı.Trend:

Bakıda usta çalışdığı zavodun dam örtüyündən yıxılaraq ölüb.

Trend-in
məlumatına görə, hadisə oktyabrın 5-i saat 15 radələrində Sahil
qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda baş verib.




Belə ki, İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan
Ədalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən
yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.