Bakı.Trend:
6 oktyabr – 10 oktyabr tarixlərində istismar müddəti başa çatmış
və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik
qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı
poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində
məhv edilməsi prosesi həyata keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə
düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə
çatdırırıq.

