
Bakı. Trend:
Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında
gümüş medal qazanıb.
Trend-in
məlumatına görə, o, qızların fərdi yarışında rusiyalı Marina
Tarasova ilə üz-üzə gəlib.
Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeri
tutub.
Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər.
Bununla da Azərbaycan millisi turniri ümumilikdə 7 medalla başa
vurub.
Qeyd edək ki, III MDB Oyunlarında badminton yarışlarına bu gün
yekun vurulacaq.


