III MDB oyunları ilə əlaqədar Qəbələdə gücləndirilmiş xidmət təşkil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə keçirilən III MDB oyunları ilə əlaqədar Qəbələdə
təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili
İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən fasiləsiz xidmət
təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, rayon
ərazisində və oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı
qüvvə cəlb edilib.




Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları
ictimai asayişin qorunması, eləcə də hər hansı hüquqazidd əməllərin
qarşısının vaxtında alınması istiqamətində fasiləsiz rejimdə
fəaliyyət göstərirlər.