“AAAF park” yaşayış kompleksində yanğın olub, 15 nəfər təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış
kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli
yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda
quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına,
o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə
söndürülüb.

Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2
m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik
sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.




FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində
3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park
edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.