III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yenidən ikinci yerdədir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.

Trend xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 157
(89-40-28) medalla liderdir. Azərbaycan isə 139 medalla ikinci
pillədə qərarlaşıb: 23 qızıl, 44 gümüş və 72 bürünc medal. Üçüncü
yerdə isə Belarusdur – 84 (20-23-41) medal.




Bu günə qədər III MDB Oyunlarında 9 ölkənin idmançıları medal
qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak
edir.