Tramp Çikaqoya 300 Milli Qvardiya əsgəri göndərməyi əmr edib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp Milli Qvardiyaya 300 əsgərin Çikaqoya göndərilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Ağ Evin sözçüsü Abigeyl Cekson deyib: “Prezident Tramp federal işçiləri və aktivlərini qorumaq üçün 300 Milli Qvardiya əsgərinin yerləşdirilməsinə icazə verib”.