Makron yeni hökumətin formalaşdırılmasını tələb edib

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Sebastian Lekornüdən
bazar günü axşamadək yeni hökumətin formalaşdırılmasını tələb
edib.

Trend xəbər verir ki, bu
barədə BFMTV məlumat yayıb. Bildirilib ki, hökumətdə təmsil
olunacaq şəxslər bazar gününün sonunadək müəyyən edilməli, növbəti
həftənin ilk iş günündə elan olunmalıdır.




Prezidentin tələbinə görə, hökumət 25, yaxud 26 nazir və dövlət
katibindən ibarət olmalıdır. Seçiləcək şəxslər siyasi hazırlıqlı
olmalı, zərurət yarandıqda sol qüvvələrlə danışıq apara
bilməlidirlər.