“Bavariya”nın müdafiəçisi “Barselona”ya keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Bavariya” ilə müqaviləsi gələn ilin yayında başa çatan Dayo
Upamekano karyerasının İspaniya La Liqasında davam etdirə
bilər.

Trend xəbər verir ki, “Barselona” fransalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.




La Liqa nəhəngi yayda azad agent statusunda olacaq Upamekanoya
təklif göndərməyi planlaşdırır. Klubunun yeni sözləşmə təklifini
qəbul etməyən 26 yaşlı mərkəz müdafiəçisinin durumunu “Liverpul” da
yaxından izləyir.

Qeyd edək ki, “Bavariya” Dayo Upamekanonu 2021-ci ilin iyul
ayında “Leypziq”dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm
Münhen təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1
qol ötürməsi ilə yadda qalıb.