
Türkiyə Super Liqasının VIII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Alanyaspor”u qəbul edib.
Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Turun mərkəzi görüşündə isə “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gəlib. Gərgin keçən matçın ilk hissəsi qonaqların minimalhesablı üstünlüyü ilə tamamlanıb. İkinci hissədə hücumlarının sayını artıran “cimbom” 55-ci dəqiqədə İlkay Gündoğanın vurduğu qolla hesabı bərabərləşdirib.
Görüş elə bu hesabla da yekunlaşıb – 1:1.
Türkiyə Super Liqası
VIII tur
15:30. “Gənclərbirliyi” – “Alanyaspor” – 2:2
18:00. “Kocaelispor” – “Eyüpspor” – 1:0
21:00. “Qalatasaray” – “Beşiktaş” – 1:1


