Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

Baş səhifə
Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə idarəetmədən çıxan avtomobil aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kənd ərazisində baş verib.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.