
Bakı. Trend:
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında
güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçıları
bəlli olub.
Trend xəbər verir ki, Gəncə
Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan
təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Hüseyn İsmayılov
(65 kiloqram) gümüş, qadın güləşçi Xədicə Qurbanzadə (49 kiloqram)
bürünc medalın sahibi olub.


