“Gürcü Arzusu” bütün şəhər və bələdiyyələrdə inamla qalib gəlir – Kobaxidze

Baş səhifə

Bakı. Trend:

“Gürcü Arzusu” bütün şəhər və bələdiyyələrdə inamla qalib
gəlir.

Trend xəbər verir ki, bunu
Gürcüstanın Baş naziri və hakim “Gürcü Arzusu” Partiyasının sədri
İrakli Kobaxidze bildirib.




“Qərargahımızın məlumatına görə, bütün bələdiyyələrdə, o
cümlədən Tbilisidə və digər iri şəhərlərdə “Gürcü Arzusu”nun
xeyrinə nəticə 70 faizdən çoxdur. Biz xalqın bu etimadını çox
yüksək qiymətləndiririk və bir daha söz veririk ki, bu etimadı
doğrultmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Kobaxidze
vurğulayıb.