
Bakı. Trend:
Bu gün Qəbələ şəhər stadionunda III MDB Oyunları çərçivəsində
futbol yarışları başa çatdı.
Trend xəbər verir ki, final
oyununda Azərbaycan (U-16) və Rusiya (U-16) yığmaları
qarşılaşdı.
Gərgin mübarizə şəraitində keçən oyun Rusiya yığmasının 3:2
hesablı qələbəsi ilə yekunlaşdı. Rusiya millisinin heyətində Klim
Denisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan
millisinin heyətində isə Əli Bəşirov dublla yadda qaldı.
Beləliklə, Rusiya yığması III MDB Oyunlarında futbol turnirin
qalibi oldu. Azərbaycan yığması gümüş, Özbəkistan komandası isə
bürünc medallara sahib çıxdı.


