
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının 5:1hesablı qələbəsi ilə başa çatıb.
Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt ürəzində isə 5:0 hesabı ilə inamlı qələbə qazanmışdı.
Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan – Özbəkistan oyunundan sonra bəlli olacaq.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


