
Qətər Qəzza zolağında münaqişənin həlli üçün danışıqları davam etdirmək məqsədilə Misir və ABŞ ilə koordinasiyalı işə başlayıb.
APA xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
“Qətər Dövləti plan üzrə müzakirələri davam etdirmək və müharibəyə son qoymaq üçün vasitəçilik üzrə tərəfdaşları Misir Ərəb Respublikası və Amerika Birləşmiş Ştatları ilə işləməyə başlayıb”, – əl-Ənsari “X” hesabında yazıb.

