
Bakı. Trend:
Bakıda yol qəzasında üç nəfərin ölməsi və 7 nəfərin xəsarət
alması barədə yayılan məlumatlar doğru deyil.
Trend-in
məlumatına görə, bunu Daxili İşlər Nazirliyi açıqlayıb.
Əslində, bu gün saat 21:30 radələrində paytaxtın Səbail
rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər
xəsarət alıb. Hadisə “Hyundai” markalı, 77-UM-421 dövlət qeydiyyat
nişanlı avtomobil ilə “Opel” markalı, 50-EE-287 dövlət qeydiyyat
nişanlı avtomobilin toqquşması ilə baş verib.
Faktla bağlı araşdırma aparılır.


