Bakı. Trend:
Ağ Evin İdarəetmə və Büdcə İdarəsi Çikaqoda infrastruktur
layihələri üçün nəzərdə tutulmuş 2,1 milyard dollarlıq maliyyəni
dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə idarənin rəhbəri Rassel Vout sosial
şəbəkə platforması X-də açıqlama yayıb.
“Maliyyələşdirmənin irqə əsaslanan müqavilələr vasitəsilə
yönəldilməməsi üçün vəsait dayandırılır”, – deyə o bildirib.
Məsələ iki böyük təşəbbüslə bağlıdır: Qırmızı Xəttin Uzadılması
– yeni stansiyaların inşası ilə metro xəttinin 5,5 mil uzadılması,
eləcə də Qırmızı və Bənövşəyi Modernləşdirmə Layihəsi – həmin
xətlər üzrə infrastrukturun yenilənməsi.

