Kubanıçbek Ömuraliyev Azərbaycanın sədrliyi altında TDT-də əməkdaşlığın güclənəcəyinə əmindir

Baş səhifə
Baş katib: TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Azərbaycanın sədrliyinin iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə edib.

“Report”un məlumatına görə, bu barədə Baş katibin Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü və təşkilatın əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümü münasibətilə müraciətində bildirilib.

K.Omuraliyev vurğulayıb ki, ötən 16 il ərzində TDT əməkdaşlıq üçün kompleks platformaya çevrilib: “Biz əminik ki, Azərbaycan bu işi davam etdirəcək və qarşıdakı dövrdə əməkdaşlığımızı daha da gücləndirəcək”.