Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara
nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil
edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,9 faiz bəndi çox, ötən
ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azdır.




Eyni zamanda, cari ilin sentyabrın 1-nə manatın qeyri-neft
sektoru üzrə nominal efektiv məzənnəsi isə 174,2 faiz bəndi təşkil
edib ki, bu da aylıq müqayisədə 1,5 faiz bəndi, ötən ilin eyni
dövrü ilə müqayisədə isə 1 faiz bəndi çoxdur.

Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə manatın ümumi real
effektiv məzənnəsi 114,7 faiz bəndi təşkil edib. Bu, aylıq
müqayisədə 0,9 faiz bəndi çox, illik müqayisədə isə 4,1 faiz bəndi
azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real
effektiv məzənnəsi 111,6 faiz bəndinə bərabər olub ki, bu da aylıq
ifadədə 0,9 faiz bəndi artıb, illik ifadədə isə 3,6 faiz bəndi
azalıb.