Maqsud Mahsudov: “Bayrağımızı yüksəltdiyim üçün çox sevincliyəm”

Baş səhifə
Maqsud Mahsudov: Bayrağımızı yüksəltdiyim üçün çox sevincliyəm

III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan gimnastı Maqsud Mahsudov bayrağımızı yüksəldiyi üçün çox sevinclidir.

“Report”un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə bunu idmançı yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.

Oğlanlar arasında fərdi yarışların qalibi olan gimnast məşqçilərinə təşəkkür edib:

“Təəssüratlarım çox gözəldir. Məşqçilərimə təşəkkür etmək istəyirəm. Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm ki bizim üçün belə bir yarış təşkil olundu. Bayrağımızı yüksəltdiyim üçün çox sevinirəm. Qızıl medal qazandım və bu mənim üçün böyük bir şeydir”