Ersin Tatar Azərbaycana səfər edəcək

Baş səhifə
Ersin Tatar Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq bu ölkənin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner məlumat verib.

O bildirib ki, ŞKTC Prezidenti 6-7 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşündə iştirak edəcək.

Xatırladaq ki, 2022-ci ildən etibarən Şimali Kipr Türk Cümhuriyyəti TDT-nin müşahidəçi üzvüdür.