ABŞ-də neft emalı zavodunda partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının El Sequndo
şəhərində yerləşən neft-emalı zavodunda gecə saatlarında partlayış
baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Partlayışdan sonra müəssisədə yanğın meydana gəlib. Ərazidən
yüksələn qatı tüstü kilometrlərlə məsafədən görünüb. İnsidentin
səbəbi hələ ki, məlum deyil.

“Los Angeles Times” zavodun “Chevron” şirkətinə məxsus olduğunu
yazır.