
Bakı. Trend:
Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində
Azərbaycan və İslandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti
açıqlanıb.
Trend xəbər verir ki, baş
məşqçi Didye Deşam yığmaya 23 futbolçu dəvət edib.
Məlumata görə, komanda oktyabrın 6-da bir araya gələcək.
Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya),
Bris Samba (“Renn”);
Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto
(“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes
(“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”,
İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba
(“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu
Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien
Rabyo (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);
Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ),
Kinqsli Koman (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike
(“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”,
İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku
(“Milan”, İtaliya).
Qeyd edək ki, Fransa seçməsi oktyabrın 10-da Parisdə Azərbaycan
millisini qəbul edəcək. Onlar 3 gün sonra isə Reykyavikdə
İslandiyanın qonağı olacaq.


