İlon Maskın sərvəti 500 milyard dollara çatıb

Baş səhifə

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 500 milyard dollar
olan ilk insan olub.

Trend bu barədə “Forbes” nəşrinə istinadla xəbər verir.




“Real-Time Billionaries” reytinqinin məlumatına əsasən, Maskın
şirkəti “Tesla”nın səhmlərinin dəyərinin 4 faizə yaxın artması onun
sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib.

Bu, Maskın planetin ən zəngin insanları siyahısında liderliyini
möhkəmləndirib. O, siyahıda ən yaxın rəqibi olan Larri Ellisonu 150
milyard dollar qabaqlayır.