Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib

Baş səhifə

Bakı. Trend:

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks
tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda
dərman vasitələri aşkar edilib.

Trend
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.




“İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə
Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat
vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat
vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda
müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman
vasitələrinə aid boş qutular aşkar edilib”, – məlumatda qeyd
edilib.