
Bakı. Trend:
Paytaxtın Səbail rayonu ərazisində yerləşən “Gülüstan” qaz
xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi
işləri ilə əlaqədar, oktyabrın 1-də, saat 10:00-dan etibarən işlər
başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı
dayandırılacaq.
Trend xəbər verir
ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, həmin müddət ərzində Səbail rayonunun Bayıl
qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.


