Prezident İlham Əliyev: TAP-ın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır

Baş səhifə

Bakı. Trend:

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda
Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı
işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi
əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır
olacaq.

Trend xəbər verir ki, bu
fikirləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio
Mattarella ilə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, TAP-ın açdığı yol,
Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol
açır”.