Bankir: “Yaşıl layihə”lərin maliyyələşdirilməsi ilə bağlı problemlər var

Baş səhifə
Bankir: Yaşıl layihələrin maliyyələşdirilməsi ilə bağlı problemlər var

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Milli Yaşıl Taksonomiyaya baxmayaraq “yaşıl layihə”lərin maliyyələşdirilməsi ilə bağlı problemlər var.

“Report” xəbər verir ki, bunu “PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (BCAW2025) 2-ci günündə bildirib.

“Müştərilər bizə “yaşıl kredit” üçün müraciət edirlər. Problem ondadır ki, biz layihənin “yaşıl” olub-olmadığını müəyyən edə bilmirik, çünki onun tərifi hələ aydın deyil. “Yaşıl taksonomiya” tərifi izah etsə də, standartlaşdırma və ya yoxlama yoxdur. Layihəni yoxlayan və qiymətləndirməmizə inteqrasiya olunmalı olan, ESG qiymətləndirməsi təqdim edən ayrı bir təşkilat olmalıdır. Bu, hələ mövcud deyil və bizim üçün problemdir”, – deyə o qeyd edib.