
Bu gün Rusiyanın Ukraynaya müdaxiləsindən 3 il 7 ay ötür, lakin son bir il ərzində Ukrayna demək olar ki, heç bir ərazisini itirməyib, halbuki döyüş meydanında 250 mindən çox rusiyalı həlak olub.
“Report”un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bu gün Brüsseldə NATO-nun baş katibi Mark Rüttenin iştirakı ilə keçirilən 5-ci təhlükəsizlik kollegiyasının başlanmasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Əgər biz hələ də Ukraynanı özümüzün birinci müdafiə xəttimiz hesab ediriksə, hərbi yardımı artırmalıyıq”, – o bildirib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


