
Bakı. Trend.
Enerji Effektivliyi Fondunun tələblərinin son versiyası üzərində
iş gedir.
Bunu Trend-ə
Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim
Fəaliyyəti Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu Fond vasitəsilə artıq Azərbaycanda bir
çox səmərəlilik layihələrinə təşviqlər veriləcək:
“Yəni, bazardan daha aşağı faizlərlə dəstək veriləcək. Bu
istiqamətdə yaxın zamanlarda aktivlik hiss ediləcək”.


