
Bakı. Trend:
29 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının yeni
təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, nazir Yermek Koşerbayevi xarici işlər naziri
vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni
fəaliyyətində uğurlar arzulayıb.
Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq
münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz
arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin
əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. Ölkələrimiz
arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin
davam etdiriləcəyindən əminlik ifadə olunub.
Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin
əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə
keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq
barədə məlumat verilib.
Nazir Yermek Koşerbayev təbriklərə görə öz minnətdarlığını
bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da
inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.


